Bank Of Baku

Bakı metrosunun "20 yanvar" stansiyasında törədilmiş terror aksiyasından 13 il ötür

Bakı metrosunun "20 yanvar" stansiyasında törədilmiş terror aksiyasından 13 il ötür
# 19 mart 2007 10:32 (UTC +04:00)
Bakı Metropoliteninin "20 yanvar" stansiyasında törədilmiş partlayışdan 13 il ötür. APA-nın xəbərinə görə, 1994-cü il martın 19-da törədilmiş terror aktı nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Məhkəmədə sübut edilib ki, terror aksiyası Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq separatçı “Sadval” ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirilib. “Sadval”ın həmin fəalları 1992-ci ildən etibarən dəfələrlə Ermənistanda olublar və bu ölkənin Milli Təhlükəsizlik Baş İdarəsi təşkilatın formalaşmasında, maliyyələşdirilməsində və silahlanmasında yaxından iştirak edib. 1992-ci ilin aprel-may aylarında milliyyətcə ləzgi olan 30 Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi terror-təxribat hazırlığı keçib. İstintaq zamanı müəyyənləşdirilib ki, təxribatçılar təlimata uyğun olaraq “20 Yanvar” stansiyası ilə yanaşı, Bakının “Nizami” kinoteatrında, Respublika Sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırıblar. “20 Yanvar” metrostansiyasında partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 “sadvalçı” terrorçu cinayət məsuliyyətinə cəlb edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR