Bank Of Baku

Türkiyə müxalifəti nurçuların maliyyə mənbələrinin araşdırılmasını tələb edir

Türkiyə müxalifəti nurçuların maliyyə mənbələrinin araşdırılmasını tələb edir
# 19 mart 2007 11:01 (UTC +04:00)
APA-nın xəbərinə görə, raportda Azərbaycan da daxil olmaqla dünyanın 87 ölkəsində nurçuların açdığı və idarə etdiyi təhsil müəssisələrinin fəaliyyət göstərdiyi bildirilərək bu irimiqyaslı işin maliyyə mənbələrinin araşdırılmasının zəruriliyi vurğulanır. Sənəddə qeyd olunur ki, bu məktəblərin təkcə açılmasına milyardlarla dollar pul lazımdır, üstəlik, həmin təhsil müəssisələrinin saxlanılması üçün də yenə milyardlarla dollar pul tələb olunur: “Bu miqyasda maliyyə qaynağını Türkiyə daxilində heç bir qurumun və ya vətəndaş birliyinin təmin etməsi mümkün deyil. Bu səbəblə həmin fəaliyyətlərin maliyyə mənbələri araşdırılıb tapılmalıdır”. Qeyd edək ki, Azərbaycanda nurçulara məxsus bir neçə təhsil ocağı və şirkət fəaliyyət göstərir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR