Bank Of Baku

Bakıda ölümlə nəticələnərək qapalı qalan 5 yol-qəza hadisəsi ilə bağlı axtarış elan edilib

Bakıda ölümlə nəticələnərək qapalı qalan 5 yol-qəza hadisəsi ilə bağlı axtarış elan edilib
# 19 mart 2007 14:23 (UTC +04:00)
Bakı şəhər Yol Polisi İdarəsi bu ilin əvvəllərində paytaxtda ölümlə nəticələnərək qapalı qalan 5 yol-qəza hadisəsi ilə bağlı axtarış elan edib. Bu barədə APA-ya Bakı şəhər Yol Polisi İdarəsinin Təhlükəsizliyin təmini və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, bu il yanvarın 10-da Suraxanı rayonu, Hövsan-Türkan yolunda 28 yaşlı Həsrət Gənciyevi, yanvarın 15-də Qaradağ rayonu, Bakı-Qazax yolunun 32-ci kilometrliyində 61 yaşlı Hüseynqulu Hüseynovu, yanvarın 22-də Nərimanov rayonu, Atatürk prospekti, “Laləndə” Şadlıq Evinin yaxınlığında 74 yaşlı Oqtay Məmmədovu, yanvarın 25-də Nizami rayonu, Qara Qarayev küçəsində 28 yaşlı Etibar İbrahimovu, fevralın 15-də Suraxanı rayonu, Hövsan qəsəbəsi, Göllük küçəsində 48 yaşlı Daniya Hacıbabayevi naməlum avtomaşınlar vuraraq hadisə yerindən qaçıblar. Bu barədə məlumatı olan şəxslər 494-94-43, 494-80-02 nömrəli telefonlara zəng edib məlumat verə bilərlər. Məlumat verən şəxslərin anonimliyi qorunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR