Bank Of Baku

Tatyana Çaladze: “200-dən çox Xocalı sakini Eynulla Fətullayevə qarşı iddia irəli sürüb”

Tatyana Çaladze: “200-dən çox Xocalı sakini Eynulla Fətullayevə qarşı iddia irəli sürüb”
# 19 mart 2007 15:49 (UTC +04:00)
Goranboy və Neftçalada məskunlaşmış 200-dən çox Xocalı sakini Yasamal Rayon Məhkəməsinə müraciət edərək, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə qarşı Cinayət Məcəlləsinin 147-ci maddəsi (böhtan) ilə iddia irəli sürüb. Bu barədə APA-ya Xocalı sakinlərinin hüquqi nümayəndəsi, Qaçqın və Köçkünlərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Tatyana Çaladze məlumat verib. T. Çaladze bildirib ki, iddia ərizəsini bu gün Yasamal Rayon Məhkəməsinə təqdim edib və ərizə qeydə alınıb: “Yasamal Rayon Məhkəməsi bu gün mənim “Gündəlik Azərbaycan” qəzetinin redaktoru Üzeyir Cəfərova qarşı həmin maddə ilə iddia ərizəmi də qeydə alıb”.
“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev APA-ya açıqlamasında bildirib ki, məhkəmədən ona heç bir çağırış gəlməyib: “Tatyana Çaladze həmişə sifarişlə işləyib. Indi də sifariş yerinə yetirir. O, bir vaxtlar 1988-ci il Sumqayıt hadisələrinə görə Azərbaycanı ittiham edirdi”.
“Gündəlik Azərbaycan” qəzetinin redaktoru Üzeyir Cəfərov isə Tatyana Çaladzedən öncə məhkəməyə müraciət etdiyini söyləyib: “Yəqin ki, hər iki iddia birləşdiriləcək və onlara bir prosesdə baxılacaq. Tatyana Çaladze müharibə veteranı adından sui-istifadə edir. Bu gün Azərbaycan Ordusunun zabit və gizirlərinin evi olmadığı halda, Müdafiə Nazirliyinin mənzil fondundan Tatyana Çaladzeyə ev, həmçinin avtomobil verilib. Biz məhkəmədə daha maraqlı faktlar açıqlayacağıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR