Bank Of Baku

Martın birinci yarısında Bakıda baş verən yol-qəza hadisələrində 71 nəfər ölüb

Martın birinci yarısında Bakıda baş verən yol-qəza hadisələrində 71 nəfər ölüb
# 19 mart 2007 16:02 (UTC +04:00)
Mart ayının birinci yarısında Bakı şəhərində 313 yol-qəza hadisəsi baş verib, nəticədə 71 nəfər ölüb, 362 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Bu barədə APA-ya Bakı şəhər Yol Polisi İdarəsinin Təhlükəsizliyin təmini və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, yol-qəza hadisələrinin 24,9 %-ni nəqliyyat vasitələrinin toqquşması, 4,8 %-ni aşma, 9,8 %-ni maneə ilə toqquşma təşkil edir. Ümumi yol-qəza hadisələrinin 53, 2 %-i piyadaların nəqliyyat vasitəsi tərəfindən vurulması ilə bağlıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR