Bank Of Baku

Azərbaycan Ordusunun əsgəri həlak olub

Azərbaycan Ordusunun əsgəri həlak olub
# 24 mart 2007 08:45 (UTC +04:00)
Balakən rayon Polis şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Şərif kəndinin sakini, 1972-ci il təvəllüdlü Kamal Əsəbəli oğlu Atayev idarə etdiyi VAZ-2106 markalı, 08 BC 223 dövlət nömrə nişanlı avtomaşınla Bakıdakı N saylı hərbi hissədən yaşadığı Xalatala kəndinə məzuniyyətə gələn 1988-ci il təvəllüdlü Əli Mohuma oğlu Uruxovu Qabaqçöl qəsəbəsinin mərkəzində vurub. Ağır xəsarət alan Ə. Uruxov Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, Ə. Uruxovun həyatını xilas etmək mümkün olmayıb və o, ertəsi gün xəstəxanada dünyasını dəyişib. Baş vermiş hadisə ilə əlaqədər K. Atayev barəsində Cinayət Məcəlləsinin 263-ü məddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR