Bank Of Baku

Kaliforniyanın Şimali Azərbaycan Mədəniyyət Mərkəzi San Fransisko şəhərində Novruz bayramını qeyd edib

Kaliforniyanın Şimali Azərbaycan Mədəniyyət Mərkəzi San Fransisko şəhərində Novruz bayramını qeyd edib
# 25 mart 2007 09:40 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, 100-dən çox azərbaycanlı ailəsinin qatıldığı toplantıya şəhərin Türk, İran, Əfqan, Yahudi, Rus və Amerika icmalarının nümayəndlələri də qatılıblar. Azərbaycan Respublikasının himninin sədaları altinda başlanan məclisdə həm yerli azərbaycanlılar, həm də qonaqlar bu qədim bayramın tarixçəsi, 400 miliyonluq türk xalqlarının həyatında oynadığı roldan danışıblar. Tədbirdə iştirak edən Azərbaycanın Los Angeles şəhərindəki təmsilçiliyinin vitse-konsulu Elman Abdullayev Baş Konsul Elin Suleymanovun təbrik məktubunu oxuyub. Milli musiqinin sədaları altında davam edən məclisdə adətlərimizə uyğun olaraq cəmiyyətin xanım üzvlərinin hazırladığı şəkərbura və paxlavaları qonaqlara paylanılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR