Bank Of Baku

Toy məclisində qohumlar arasında düşən dava ölümlə nəticələnib

Toy məclisində qohumlar arasında düşən dava ölümlə nəticələnib
# 26 mart 2007 08:36 (UTC +04:00)
Balakən rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Poçtbinə kəndinə qohumlarının toy məclisinə gedən, Qullar kənd sakinləri Umayev Mübariz Əlixan oğlu ilə qohumu Orucov Azər Eyvaz oğlu arasında toy məclisi zamanı mübahisə yaranıb. Mübahisə zamanı A. Orucov M. Umayevi sillə ilə vurub. Vəziyyətin gərginləşəcəyini görən toy sahibləri onları məclisdən uzaqlaşdırıblar. Toy məclisindən qayıdan A. Orucov baş verən mübahisə haqqında atası Eyvaz Orucova və əmisi Elşən Orucova danışıb. Elşən Orucov qonşusu Ağcayev Fazil Mollatahir oğlu ilə birgə M. Umayevgilin həyətinə gedib və orda gərgin mübahisə düşüb. Elşən Orucov əlindəki bıçaqla M. Umayevin atası Əlixan Umayevin döş qəfəsinə ağır zərbə endirib, M. Umayevin kiçik qardaşı Zaur Umayeva də xəsarət yetirib. Bunu görən M. Umayev bıçaqla Elşən Orucovun qarın nahiyəsindən vurub. Hadisə yerində olan Azər Orucovgilin qonşusu Fazil Ağcayev qarın nahiyyəsindən ağır xəsarət alan Elşən Orucovu Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırıb. Onların arxasınca mərkəzi xəstəxanaya gedən M. Umayev xəstəxananın həyətində Fazil Ağcayevi bıçaqlayaraq öldürüb. M. Umayev rayon PŞ-nin əməkdaşları tərəfindən həbs olunub və onun barəsində Cinayət Məcəlləsinin 120.2 maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılir. Hadisə zamanı xəsarət alanlardan Elşən Orucov və Əlixan Umayevin vəziyyəti ağırdır, onlar RMX-nın reanimasiya şöbəsində koma vəziyyətindədirlər. Rayon PŞ-dən verilən məlumata görə, sağaldıqdan sonra Elşən Orucov barəsində də CM-nin 120.2 maddəsi ilə cinayət işi başlanacaq.
APA-nin Şəki-Zaqatala bürosunun məlumatına görə, Ə. Umayev bu gün təxminən saat 13.30 radələrində dünyasını dəyişib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR