Bank Of Baku

Azərbaycanlılar Hyüstonda Novruz şənlikləri keçiriblər

Azərbaycanlılar Hyüstonda Novruz şənlikləri keçiriblər
# 26 mart 2007 10:39 (UTC +04:00)
Texas ştatının Hyüston şəhərində Hyüston Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı ilə Novruz şənlikləri keçirilib. Cəmiyyətin vitse-prezidenti Yusif Babanlının APA-nın ABŞ bürpsuna verdiyi məlumata görə, şənliyə Luiziana, Pensilvaniya, Missuri və Ohayo ştatlarında yaşayan azərbaycanlılar da olmaqla, 170-dən çox həmyerlimiz qatılıb. Novruz bayramı münasibətilə Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev, Los Angeles şəhərindəki Baş Konsulu Elin Suleymanov, Azərbaycan-Amerika Cəmiyyətinin sədri Tomris Azəri və Hüston şəhərinin meri Bil Vaytın cəmiyyətə ünvanladığı təbrik məktubları oxunub. Bayram şənliyi cəmiyyətin tərkibində fəaliyyət göstərən qızlardan ibarət milli rəqs qrupu və musiqiçilərin aktiv iştirakı ilə davam edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR