Bank Of Baku

Gəncədə çörək sexində yanğın baş verib

Gəncədə çörək sexində yanğın baş verib
# 27 mart 2007 08:11 (UTC +04:00)
Gəncənin Şah İsmayıl Xətai prospektində yerləşən çörək sexində yanğın baş verib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə yerinə gələn yanğın söndürmə briqadası alovu söndürməyə müvəffəq olub. Yanğın nəticəsində 120 kvadrat metr sahəsi olan çörək sexinin 50 kvadrat metri yanıb. Yanğının qaz plitəsinin alışması nəticəsində baş verdiyi ehtimal olunsa da, hadisə yerində araşdırma aparan Gəncə qaz istismar idarəsinin rəis müavini Şubay Nəsibov bu versiyanı təkzib edib. Onun sözlərinə görə, yanğına səbəb içərisində yağ olan çörək qəliblərinin həddən artıq qızdırılması və nəticədə yağın döşəməyə dağılaraq alovlanmasıdır. Qeyd edək ki, çörək sexində baş verən yanğın nəticəsində xəsarət alan olmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR