Bank Of Baku

Füzuli sakini özünü öldürüb

Füzuli sakini özünü öldürüb
# 27 mart 2007 08:26 (UTC +04:00)
Füzuli rayonu Əhmədalılar kəndinin sakini, 4 avqust 1948-ci il təvəllüdlü Qocayev Qara İman oğlu yaşadığı evin kandarında özünü asıb. Bu barədə APA-ya Füzuli rayon prokurorluğunun müstəntiqi Əlabbas Ağayev məlumat verib. Onun sözlərinə görə, Q. Qocayev özünü martın 22-də saat 21.00 radələrində asıb və meyiti az sonra ailə üzvləri tərəfindən aşkar edilib. İstintaq zamanı meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb. Müstəntiq mərhumun ailəsinin şikayətçi olmadığını qeyd edib.
Qeyd edək ki, mülki vətəndaş olan Q. Qocayev N saylı hərbi hissədə qaynaqçı işləyirmiş. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR