Bank Of Baku

Baloğlan Əşrəfov həftəsonu əməliyyat olunacaq

Baloğlan Əşrəfov həftəsonu əməliyyat olunacaq
# 27 mart 2007 09:41 (UTC +04:00)
Bu barədə APA-ya B. Əşrəfovun Türkiyədə olan oğlu Elşən Əşrəfov məlumat verib. O bildirib ki, B. Əşrəfova donorluğu 30 yaşlı qohumları edəcək: “Həkimlərin fikrincə, xəstə özünü nə qədər yaxşı hiss etsə, əməliyyat bir o qədər uğurlu olacaq. O səbəbdən də Baloğlan Əşrəfovun şənbə günü əməliyyat olunması planlaşdırılır ”. Əməliyyatdan 10 gün sonra B. Əşrəfovun vətənə qayıda biləcəyini deyən E. Əşrəfov xəstənin özünü çox yaxşı hiss etdiyi bildirib.
Qeyd edək ki, B. Əşrəfov martın 8-də qaraciyər serrozu diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib. Daha sonra koma vəziyyətində olan xəstə Türkiyənin İstanbul “Memorial” Xəstəxanasına gətirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR