Bank Of Baku

ANS-in tezliyi üzrə elan olunan tenderə hələlik şirkətin özündən başqa qatılan yoxdur

ANS-in tezliyi üzrə elan olunan tenderə hələlik şirkətin özündən başqa qatılan yoxdur
# 27 mart 2007 10:15 (UTC +04:00)
ANS televiziyası və ANS ÇM radiosunun tezliyi üzrə elan olunan tenderə hələ ki, bu şirkətdən başqa qatılan yoxdur. Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlı məlumat verib.
Xatırladaq ki, tender martın 20-də başa çatmalı olsa da, bu ərəfədə Novruz bayramı ilə bağlı istirahət günlərinin sayının çox olduğunu nəzərə alan MTRŞ tenderin müddəti martın sonuna qədər uzadıb. N. Məhərrəmlinin sözlərinə görə, vaxt başa çatana qədər tenderə ANS-dən başqa qatılan olmasa, MTRŞ məsələni müzakirə edəcək: “Vəziyyəti müzakirə edib qərar verəcəyik. Hər halda, çıxış yolu tapacağıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR