Bank Of Baku

Dağıstanda “Qafqazın arxeologiyası, etnologiyası, folkloru” mövzusunda elmi konfrans keçiriləcək

Dağıstanda “Qafqazın arxeologiyası, etnologiyası, folkloru” mövzusunda elmi konfrans keçiriləcək
# 27 mart 2007 13:13 (UTC +04:00)
“Qafqazın arxeologiyası, etnologiyası, folkloru” mövzusunda beynəlxalq konfrans hər dəfə Qafqaz ölkələrinin birində keçirilir. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyiblinin APA-ya bildirdiyinə görə, növbəti elmi konfrans Dağıstanda olacaq. Ermənistan istisna olmaqla bütün Qafqaz ölkələrinin alimləri ilə sıx əməkdaşlıq etdiklərini deyən N. Müseyibli institut əməkdaşlarının hazırda Dağıstan konfransına hazırlaşdığını bildirib. Elmi məqalələrin tezisləri iyunun 3-nə kimi göndəriləcək. Tezislərdən sonra konfransın vaxtı dəqiqləşsə də, beynəlxalq konfransın keçirilməsi oktyabrın əvvəllərinə nəzərdə tutulub. Bundan başqa, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Türkiyədə keçiriləcək beynəlxalq konfransda da iştirak edəcəklər. Avrasiya ərazisindəki tunc dövrü abidələrinin öyrənilməsi üzrə beynəlxalq konfrans may ayında keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR