Bank Of Baku

“31 mart Azərbaycan tarixinin soyqırım səhifələrindən biridir” mövzusunda dəyirmi masa keçirilib

“31 mart Azərbaycan tarixinin soyqırım səhifələrindən biridir” mövzusunda dəyirmi masa keçirilib
# 28 mart 2007 09:24 (UTC +04:00)
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “31 mart Azərbaycan tarixinin soyqırım səhifələrindən biridir” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, AVCİYA-nın eksperti Müslüm Məmmədov 1918-ci ildə azərbaycanlılara qarşı törədilən kütləvi cinayətlərin hüquqi qiymətinin almadığını deyib. O, bu mövzuda tədqiqatların aparılmasının zəruriliyini vurğulayıb. Jurnalist Məmməd Nazimoğlu Azərbaycandakı bu qırğınların bünövrəsinin rus çarı I Pyotr tərəfindən qoyulduğunu diqqətə çatdırıb: “I Pyotrun xüsusi tapşırığı ilə Qafqazda müsəlman hegemonluğunu zəiflətmək məqsədi ilə bu ərazilərə ermənilər və digər millətlərdən olan xristianlar köçürülməyə başlayıb. Həmin siyasəti müxtəlif dövrlərdə digər çarlar da davam etdirib. 1813-cü ildə imzalanan Gülüstan müqaviləsindən sonra isə Azərbaycanda ermənilərin mövqeyi güclənib. 1918-ci ildə baş verən soyqırım faktına da bu mənada qlobal yanaşılmalıdır. Utanc gətirən hal odur ki, bu qanlı hadisələr özümüz tərəfindən 70 il gizlədilib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR