Bank Of Baku

Gəncədə 31 mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə müxtəlif tədbirlər keçiriləcək

Gəncədə 31 mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə müxtəlif tədbirlər keçiriləcək
# 28 mart 2007 12:58 (UTC +04:00)
Gəncədə 31 mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə müxtəlif tədbirlər keçiriləcək. Bu barədə APA-nın Qərb bürosuna Gəncə şəhər mədəniyyət və turizm idarəsinin rəisi Mina Məlikova məlumat verib. Şəhər mərkəzi kitabxanasında azərbaycanlıların soyqırımı ilə bağlı kitab və əsərlərin nümayişi, Nizami adına Tarix Muzeyində isə bu dəhşətli anları xatırladan, erməni vəhşiliklərini nümayiş etdirən əsərlərdən ibarət sərgi təşkil olunacaq. Orta məktəblərdə isə uşaq incəsənət və yaradıcılıq məktəblərinin yetirmələrinin 1918-ci ildə erməni faşistlərinin törətdiyi qanlı hadisələri əks etdirən rəsm əsərlərinin nümayişi nəzərdə tutulur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR