Sumqayıtda iki naməlum şəxs polis əməkdaşına odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb
29 mart 2007 08:49 (UTC +04:00)
Bu barədə APA-ya Daxili işlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov məlumat verib. Onun sözlərinə görə, naməlum şəxslər Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, çavuş Qalib Tanrıverdiyevi idarə etdiyi “Tofaş” markalı xidməti maşınında atəşə tutublar. Nəticədə Q. Tanrıverdiyev xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi qaldırılıb. Cinayətkarların tapılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirildiyini deyən E. Zahidov bunun üçün şəhərin giriş və çıxış yollarında polis əməkdaşların nəzarəti gücləndirdiyini bildirib: “Ehtimal olunur ki, naməlum şəxslər hər hansı cinayəti törətməyə hazırlaşırmış. Onlar polis əməkdaşının yaxınlaşdığını gördükdə, odlu silahdan atəş açaraq bu cinayəti törədiblər”. /APA/
Hadisə
Gəncədə məktəbli bıçaqlanıb - YENİLƏNİB
20:22
2 may 2024
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:25
2 may 2024
Gürcüstanda azərbaycanlı iş adamını qətlə yetirən şəxs ömürlük azadlıqdan məhrum edilib
18:50
2 may 2024
Təcridxanaya dolmanın içərisində narkotik keçirməyə cəhd edilib - FOTO
18:18
2 may 2024