Azərbaycan məmurları Norveçdə təcrübə keçirlər
29 mart 2007 11:09 (UTC +04:00)
Azərbaycanın bir sıra nazirlik və idarələrini təmsil edən nümayəndə heyəti Norveçdə təhqiqat səfərindədir. Norveçin Azərbaycandakı səfirliyindən APA-ya bildiriblər ki, səfər ABŞ-ın USAİD təşkilatı ilə Norveçin birgə həyata keçirdiyi layihə çərçivəsində gerçəkləşib. Azərbaycan məmurları aprelin 1-nə kimi Norveç təcrübəsini öyrənəcəklər. Səfirlikdən həmçinin bildirilib ki, Norveçin paytaxtı Osloda “Ticarət və sosial öhdəliklər” adlı konfrans keçirilir. Martın 28-dən 30-na kimi keçirilən tədbirdə bir çox ölkənin nümayəndələri, o cümlədən Azərbaycanı 3 nəfər təmsil edir. Onlardan ikisi Xarici İşlər Nazirliyini, biri isə İqtisadi İnkişaf Nazirliyini təmsil edirlər. /APA/
Hadisə
Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar
07:18
6 may 2024
Bakıda toydan çıxan qadınları avtomobil vurub, ölən var - FOTO - YENİLƏNİB - VİDEO
02:58
6 may 2024
Şəkidə qəza zamanı piyada ölüb
01:06
6 may 2024
Bakıda küçədə dava olub, gənc oğlan bıçaqlanıb
22:00
5 may 2024