Bank Of Baku

Salyanda Azərbaycanlıların Soyqırımı günü münasibətilə tədbir keçiriləcək

Salyanda Azərbaycanlıların Soyqırımı günü münasibətilə tədbir keçiriləcək
# 30 mart 2007 10:25 (UTC +04:00)
Salyanda 31 mart - Azərbaycanlıların Soyqırımı günü münasibətilə tədbir keçiriləcək. Bu barədə APA-nın Mil-Muğan bürosuna Salyan Rayon İcra Hakimiyyətinin (RİH) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kərəm Muradov məlumat verib. Onun sözlərinə görə, martın 31-də Salyan rayonunda ucaldılmış soyqırımı abidəsinin və şəhid olmuş türk əsgərlərinin məzarlarının önünə əklil və gül dəstələri qoyulduqdan sonra “Heydər Əliyev Universiteti”nin məşğələsi keçiriləcək. Məşğələdə “31 martın Azərbaycanlıların Soyqırımı günü elan edilməsi və Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda MTN-in rayon şöbəsinin sədri Elman Kərimovun məruzəsi dinləniləcək. Giriş sözü ilə “Heydər Əliyev Universiteti”nin rektoru, professor, Salyan RİH-in başçısı Rasim Bəşirov çıxış edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR