Əli Bayramlıda qatar “QAZel”lə toqquşub
30 mart 2007 14:51 (UTC +04:00)
Əli Bayramlıda qatar “QAZel”i vurub. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul sakini Mailov Ramil Mail oğlunun idarə etdiyi ərzaqla dolu “QAZel” markalı, 24 BD 442 dövlət nömrə nişanlı avtomobil Əli Bayramlı cənub sənaye zonasının nizamlanmayan keçidindən keçərkən baş verib. Qatar avtomobili bir neçə metr sürüyəndən sonra yoldan kənara atıb. Sürücü avtomobildən tullamağa imkan tapdığından yüngül xəsarət alıb. Faktla bağlı şəhər dəmir yolu polisində tədqiqat aparılır. /APA/
Hadisə
FHN: Ötən sutka 15 yanğına çıxış olub, 4 nəfər xilas edilib
11:25
8 may 2024
FHN “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbirlər keçirib
09:56
8 may 2024
Abşeronda 2 evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanılıb
09:51
8 may 2024
Evlərdən 5 min manata yaxın pul oğurlayan şəxslər saxlanılıb
09:44
8 may 2024