Bank Of Baku

Kürdəmirdə “Erməni vandalizmi fotolarda” adlı sərgi və mədəni-siyasi aksiya keçirilib

Kürdəmirdə “Erməni vandalizmi fotolarda” adlı sərgi və mədəni-siyasi aksiya keçirilib
# 31 mart 2007 12:28 (UTC +04:00)
31 Mart Azərbaycanlıların soyqırım günü ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi Kürdəmir rayon icra hakimiyyəti ilə birgə Kürdəmir rayon Mədəniyyət Evində “Erməni vandalizmi fotolarda” adlı sərgi və mədəni-siyasi aksiya keçirilib. APA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Ədalət Vəliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib. Tədbirdə çıxış edən Rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikov nazirliyin bu addımını yüksək qiymətləndirib. Mədəniyyət və turizm naziri Ədalət Vəliyev çıxışında erməni faşistlərinin tarixən xalqımıza qarşı törətdikləri vəhşiliklərdən, onların terrorist hərəkətlərindən danışıb və bu cür tədbirlərin keçirilməyinin vacibliyini vurğulayıb. Nazir müavini bildirib ki, 31 mart tarixi mərhum prezident Heydər Əliyevin 1998-ci ildə imzaladığı sərəncamla dünya azərbaycanlılarının soyqırımı günü kimi qeyd olunmağa başlayıb. Tədbir çərçivəsində aparıcı teatr kollektivlərinin və muğam ifaçılarının iştirakı ilə bədii kompozisiyalar nümayiş olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR