Bank Of Baku

Baloğlan Əşrəfov bu gün reanimasiya şöbəsindən palataya köçürülüb

Baloğlan Əşrəfov bu gün reanimasiya şöbəsindən palataya köçürülüb
# 02 aprel 2007 09:52 (UTC +04:00)
İstanbul “Memorial” Xəstəxanasında üç gün öncə qaraciyərindən əməliyyat olunmuş sənətçi Baloğlan Əşrəfov bu gün reanimasiya şöbəsindən palataya köçürülüb. Bu barədə APA-ya B. Əşrəfovun Türkiyədə olan qohumu İqbal Quliyev məlumat verib. Onun sözlərinə görə, artıq B. Əşrəfov özünü yaxşı hiss edir. B. Əşrəfovun Azərbaycana nə zaman qayıdacağının hələlik məlum olmadığını deyən İ. Quliyev bu prosesin uzun çəkəcəyini bildirib. Belə ki, 15 gün ərzində B. Əşrəfovun təyyarəyə minməsi qadağandır. Qeyd edək ki, B. Əşrəfov martın 8-də qaraciyər serrozu diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanasına gətirilib. Daha sonra koma vəziyyətində olan xəstə Türkiyənin İstanbul “Memorial” Xəstəxanasına aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR