Bank Of Baku

Azərbaycan sülhməramlılarının tərkibində Əfqanıstanda xidmət etmiş Taleh Əliyevin meyiti tapılıb

Azərbaycan sülhməramlılarının tərkibində Əfqanıstanda xidmət etmiş Taleh Əliyevin meyiti tapılıb
# 02 aprel 2007 12:04 (UTC +04:00)
Şəhər Prokurorluğundan APA-nın Qərb bürosuna verilən məlumata görə, meyitin Samux rayon Əhmədbəyli kənd sakini, 1982-ci il təvəllüdlü Taleh Zamil oğlu Əliyev olduğu müəyyənləşdirilib. Müstəntiq Elşən Məmmədov faktla bağlı Cinayət Məcəlləsinin 126.3 maddəsi ilə (sağlamlığa ağır zərər vurulması nəticəsində şəxsin ehtiyatsızlıqdan ölməsi) cinayət işi açıldığını bildirib. Mərhumun atasının dediyinə görə, T. Əliyev fiziki və əqli cəhətdən sağlam bir gənc olub: “Mənim oğlum 2005-2006-cı illərdə NATO-nun xətti ilə Azərbaycan sülhməramlılarının tərkibində Əfqanıstanda qulluq edib. Onun xeyli sayda fərqlənmə diplomları və təşəkkürnamələri var. Taleh özünə qəsd edə bilməz”. Z. Əliyev oğlunun qətlinin açılması üçün prezident İlham Əliyevə, baş prokurora, hərbi prokurora və digər aidiyyəti instansiyalara müraciət edəcəyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR