Bank Of Baku

Tələt Əliyev: “Yaltada azərbaycanlı sahibkara məxsus kafedə baş vermiş partlayış nəticəsində 15-16 soydaşımız yaralanıb”

Tələt Əliyev: “Yaltada azərbaycanlı sahibkara məxsus kafedə baş vermiş partlayış nəticəsində 15-16 soydaşımız yaralanıb”
# 02 aprel 2007 12:25 (UTC +04:00)
Onlardan 5-i Azərbaycan, 3-ü Türkiyə vətəndaşıdır. Ukrayna Fövqəladə Hallar Nazirliyinin yerli idarəsi Yalta bazarının ərazisində yerləşən kafedəki partlayışın qaz balonundan istifadə edilərkən təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verdiyini açıqlayıb. Partlayışdan sonra yanğın başlayıb. Yaralılardan 13-ü xəstəxanaya aparılıb, 3 nəfərin vəziyyəti ağırdır. Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev isə APA-ya eksklüziv açıqlamasında bildirib ki, kafe Əziz adlı azərbaycanlı sahibkara məxsusdur. Səfirin sözlərinə görə, partlayış nəticəsində 20-25 nəfərə qədər adam zərər çəkib, onlardan 15-16 nəfəri azərbaycanlıdır: “Üç nəfər Yaltadakı xəstəxanada reanimasiyadadır, qalanları adi palatalarda yatır. İki nəfər isə təcili Simferopola aparılıb. Onlardan birinin - yerli sakin olan qadının aldığı yanıq xəsarəti 40 faiz dərəcəsində qiymətləndirilir. O, kafenin yanında yerləşən mağazada yaralanıb”. Səfir bildirib ki, Ukrayna Azərbaycanlıları Konqresinin regional təşkilatı zərər çəkmiş soydaşlarımıza yardım edir. Regional qurumun rəhbəri Rəhim Hümbətov soydaşlarımızın vəziyyəti barədə səfirliyə müntəzəm məlumat verir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR