Bank Of Baku

Bu ilin ilk rübündə Bakı şəhərində baş verən yol-qəza hadisələrində 81 nəfər ölüb

Bu ilin ilk rübündə Bakı şəhərində baş verən yol-qəza hadisələrində 81 nəfər ölüb
# 02 aprel 2007 14:08 (UTC +04:00)
Bu ilin ilk rübündə Bakı şəhərində 378 yol-qəza hadisəsi baş verib, nəticədə 81 nəfər həlak olub, 448 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Bu barədə APA-ya Bakı şəhər Yol Polisi İdarəsinin təhlükəsizliyin təmini və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-qəza hadisələri və xəsarətlərin sayı artıb, ölüm faktı isə azalıb. V. Əsədov bildirib ki, məqsədli qabaqlayıcı tədbirlər nəticəsində yol-qəza hadisələrinin ağırlıq dərəcələri və xəsarətlərin yüngülləşməsi müşahidə olunub. Bakı şəhər Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən 110294 sürücü saxlanılaraq törətdikləri xətaya uyğun cəzalandırılıb. Bunlardan 1493-ü sərxoş, 2031-ü qəza şəraiti yaradan, 235-i polisə tabe olmayan, 3735-i işıqforun qırmızı işığında keçən, 3512-si rəngli şüşə, pərdə və plyonkalı maşın sürən, 14323-ü təhlükəsizlik kəməri bağlamadan avtomobili idarə edən, 3088-i sürət həddini aşan, 167-si dövlət nömrə nişanı olmayan, 624-ü sərnişindaşıma qaydalarını pozan, 56-sı üstünlüyə malik nəqliyyat vasitəsinə yol verməyən sürücülərdir. Sürücülərin 79 mindən çoxu isə digər pozuntulara və xətaya yol veriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR