Bank Of Baku

Paytaxtın Ziya Bunyadov prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Paytaxtın Ziya Bunyadov prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 03 aprel 2007 10:23 (UTC +04:00)
Aprelin 2-dən 3-nə keçən gecə, saat 1.00 radələrində Ziya Bunyadov prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Nərimanov Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, naməlum avtomobil 23-25 yaşlarında gənci vuraraq hadisə yerindən qaçıb. Naməlum piyada hadisə yerində dünyasını dəyişib. Zərərçəkmiş şəxsin üstündə heç bir sənəd olmadığından onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Hazırda hadisəni törədən şəxsin tapılması və mərhumun şəxsiyyətini müəyyən üçün əməliyyat-axtarış tədbirləri görülür. Hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.1-ci (nəqliyyat vasitələrini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurma) maddəsi il cinayət işi başlanılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR