Bank Of Baku

MTN “İran-Azərbaycan- Rusiya-Yaponiya” marşrutu üzrə narkotik vasitələrin daşınması ilə məşğul olan mütəşəkkil dəstəni zərərsizləşdirib

MTN “İran-Azərbaycan- Rusiya-Yaponiya” marşrutu üzrə narkotik vasitələrin daşınması ilə məşğul olan mütəşəkkil dəstəni zərərsizləşdirib
# 03 aprel 2007 10:52 (UTC +04:00)
MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, Cəlilabad sakini, 1971-ci il təvəllüdlü Daşqın Cavadov, Əli Bayramlı sakinləri - 1968-ci il təvəllüdlü Çingiz Əliyev və onun qardaşı, 1985-ci il təvəllüdlü Röyam Əliyev, 1952-ci il təvəllüdlü Yusif Qaraxanov, Yardımlı sakini, 1959-cu il təvəllüdlü Rafiq Tağıyev, Əli Bayramlı şəhərində anadan olub, müvəqqəti olaraq Bakı şəhərində məskunlaşmış, 1968-ci il təvəllüdlü Bəxtiyar Hüseynov, hazırda şəxsiyyətləri istintaqla müəyyənləşdirilən İran İslam Respublikasının vətəndaşları və başqa şəxslər qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, külli miqdarda narkotik vasitəni satış üçün qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətiriblər. Müəyyən edilib ki, Daşqın Cavadov Rafiq Tağıyevə İran vətəndaşlarına narkotik vasitələr sifariş etməyi və əldə edəcəyi narkotikləri ona çatdırmağı tapşırıb. Rafiq Tağıyev Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənarda, Yardımlı rayonunun Astanlı kəndində qaçaq yolla İran vətəndaşlarından əldə etdiyi narkotik vasitələri Cəlilabad şəhərində Daşqın Cavadova çatdırıb. Sonuncu da həmin narkotikləri Çingiz və Röyam Əliyev qardaşlarına təhvil verib. Məlum olub ki, Əliyev qardaşları onlara verilən narkotik vasitələri realizə edilməsi üçün bir qayda olaraq, müxtəlif şəxslərdən kuryer qismində istifadə etməklə Rusiyanın Pyatiqorsk şəhərində yaşayan bacıları Xuraman Əlizadəyə göndərirmişlər. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində növbəti narkotiklərin həmin ünvana çatdırılması baş tutmayıb, mütəşəkkil dəstənin üzvləri saxlanılıblar. Cinayətkar dəstənin üzvləri yaxalanarkən, onlara məxsus avtomaşından və evlərdən ümumi çəkisi 67 kiloqram 414 qram olan narkotik vasitə götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılıb, cinayətkar dəstənin üzvləri təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barələrində həbs-qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə bütün halların araşdırılması, cinayətin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR