Bank Of Baku

Yaltadakı “Dinamo” kafesində baş verən partlayış zamanı obyektin icarədarı Əziz Əliyev də xəsarət alıb

Yaltadakı “Dinamo” kafesində baş verən partlayış zamanı obyektin icarədarı Əziz Əliyev də xəsarət alıb
# 03 aprel 2007 11:07 (UTC +04:00)
Aprelin 1-də Ukraynanın Yalta şəhərindəki “Dinamo” kafesində baş verən partlayış zamanı obyekti icarəyə götürmüş Əziz Əliyev də xəsarət alıb. Bu barədə APA-ya Ukrayna Azərbaycanlıları Konqresi Krım regional təşkilatının sədri Rəhim Hümbətov məlumat verib. O bildirib ki, fakt üzrə cinayət işi qaldırılıb, lakin cavabdeh xəstəxanada olduğu üçün hələ dindirilməyə başlanılmayıb: “Bazar rəhbərliyi şəhər təsərrüfatına dəymiş ziyanın ən qısa vaxta ödənməsini tələb edir”. R. Hümbətovun sözlərinə görə, partlayış zamanı zərər çəkmiş 11 azərbaycanlıdan 6-sı Azərbaycan vətəndaşıdır. Kafenin işçisi, milliyyətcə rus olan qadının vəziyyəti ağır olaraq alır. Onun bədəninin 40 faizi yanıb. R. Hümbətov deyib ki, Azərbaycan diasporasının üzvləri xəstəxanada olan soydaşlarımız üçün qan verir və maliyyə yardımı göstərirlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR