Bank Of Baku

Ermənistanda əsirlikdə olan Samir Məmmədov haqqında son vaxtlar məlumat verilməməsi ailə üzvlərinin ciddi narahatlığına səbəb olub

Ermənistanda əsirlikdə olan Samir Məmmədov haqqında son vaxtlar məlumat verilməməsi ailə üzvlərinin ciddi narahatlığına səbəb olub
# 03 aprel 2007 13:16 (UTC +04:00)
Ermənistanda əsirlikdə olan Azərbaycan Ordusunun əsgəri Samir Məmmədovun valideynləri bu gün ona növbəti dəfə məktub yazıblar. Əsgərin əmisi Vidadi Məmmədov APA-ya bildirib ki, ailə üzvləri məktubu bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bərdədəki nümayəndəliyinə təqdim edəcəklər. V. Məmmədov deyib ki, ailə üzvləri Samirlə bağlı son vaxtlar məlumat əldə edə bilməmələrindən narahatdırlar: “Onun əsir götürülməsindən 4 ay keçir. Samirin valideynlərinin narahatlığı son vaxtlar daha da artıb”.
Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov isə APA-nın sualına cavab olaraq bildirib ki, S. Məmmədovla bağlı bütün əlaqədar instansiyalara müraciət olunub və Ermənistan tərəfdən konkret cavab gözləyirlər.
Qeyd edək ki, BQXK nümayəndələri əsir əsgərimizə sonuncu dəfə martın 21-də baş çəkib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR