Bank Of Baku

Azad Rəhimov sabah Şəmkir rayonundakı N saylı hərbi hissəyə yollanacaq

Azad Rəhimov sabah Şəmkir rayonundakı N saylı hərbi hissəyə yollanacaq
# 03 aprel 2007 15:21 (UTC +04:00)
Gənclər və idman naziri Azad Rəhimov sabah Şəmkir rayonundakı N saylı hərbi hissəyə səfər edəcək. Bu haqda “APA-Sport” agentliyinə Gənclər və İdman Nazirliyinin mətbuat katibi Raqif Abbasov məlumat verib. Onun sözlərinə görə, bir günlük səfərə nazirlə birgə 50-dək jurnalist və estrada ulduzları da yollanacaq. A. Rəhimov hərbi hissədə əsgər və zabitlərlə görüşəcək, nümunəvi xidmətlərinə görə fərqlənən hərbçiləri mükafatlandıracaq. Müğənnilər isə hərbi hissənin şəxsi heyəti qarşısında konsert proqramı ilə çıxış edəcəklər. R.Abbasov bildirib ki, nazirin Şəmkir rayon ictimaiyyəti ilə də görüşü nəzərdə tutulub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR