Bank Of Baku

Yaltadakı partlayış zamanı yaralanan iki azərbaycanlı reanimasiyadan adi palataya köçürülüb

Yaltadakı partlayış zamanı yaralanan iki azərbaycanlı reanimasiyadan adi palataya köçürülüb
# 04 aprel 2007 12:27 (UTC +04:00)
Aprelin 1-də Ukraynanın Yalta şəhərindəki “Dinamo” kafesində baş verən partlayış zamanı yaralanmış və yerli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmiş 2 azərbaycanlı adi palataya köçürülüb. Bu barədə APA-ya Ukrayna Azərbaycanlıları Konqresinin Krım regional təşkilatının sədri Rəhim Hümbətov məlumat verib. Reanimasiyaya yerləşdirilmiş digər yaralı - yerli sakin Marina Yefremovanın vəziyyəti isə ağır olaraq qalır. Həkimlər süni nəfəs aparatına qoşulmuş qadının vəziyyətini qeyri-stabil qiymətləndirirlər. R. Hümbətov kafenin yerləşdiyi bazarın baş direktoru ilə görüşdüyünü də deyib. Baş direktor partlayış nəticəsində şəhər təsərrüfatına 4 min dollar məbləğində ziyan dəydiyini bildirib. Partlayışın xətər yetirdiyi mağazaların sahibləri də 20-25 min dollarlıq kompensasiya istəyirlər. R. Hümbətovun sözlərinə görə, zərərçəkmişlər tərəfindən tələb olunan kompensasiyaların ümumi məbləği azı 50 min dollardır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR