Bank Of Baku

Jurnalist Eynulla Fətullayevə qarşı məhkəmə iddiası ilə çıxış edən Xocalı sakinləri mətbuat konfransı keçiriblər

Jurnalist Eynulla Fətullayevə qarşı məhkəmə iddiası ilə çıxış edən Xocalı sakinləri mətbuat konfransı keçiriblər
# 10 aprel 2007 12:02 (UTC +04:00)
“Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə qarşı məhkəmə iddiası ilə çıxış edən Xocalı sakinləri və Məcburi Köçkünlərin Müdafiə Komitəsinin sədri, jurnalist Tatyana Çaladze mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, tədbirə millət vəkilləri Həvva Məmmədova və Bəxtiyar Sadıqov da qatılıb. Mətbuat konfransında çıxış edən Xocalı sakinləri Eynulla Fətullayev və onun rəhbərlik etdiyi qəzetlərə qarşı irəli sürdükləri iddia ilə bağlı Yasamal Rayon Məhkəməsində çıxarılan qərarla razılaşmadıqlarını bəyan ediblər. Xocalı sakini Əsli Məmmədovanın sözlərinə görə, onlar məhkəmənin qərarına uyğun olaraq adıçəkilən qəzetlərin ödəyəcəyi cəriməni almaq niyyətində deyillər: “Bizə belə çirkli pullar lazım deyil. Eynulla Fətullayev həbs edilməli və güllələnməlidir”. Digər bir Xocalı sakini Nemət Nağıyev də səhvini etiraf etməyəcəyi təqdirdə Eynulla Fətullayevin həbs olunmalı olduğunu deyib. Jurnalist Tatyana Çaladze isə Eynulla Fətullayevin məhkəmə iddiasına səbəb olan yazıların müəllifi olmaması haqda fikirlərini bölüşmədiyini nəzərə çatdırıb. Millət vəkili Bəxtiyar Sadıqov isə çıxışında Eynulla Fətullayevin xəyanətkar olduğunu vurğulayıb: “Mən onu jurnalist hesab etmirəm. O, Azərbaycanın maraqları əleyhinə fəaliyyət göstərir, Xocalı sakinlərinə böhtan atır”. Millət vəkili Həvva Məmmədova mətbuat nümayəndələrini, ictimaiyyəti Eynulla Fətullayevin Xocalı hadisələri ilə bağlı yazılarına biganə qalmamağa çağırıb: “Eynulla Fətullayev kimilərə aramızda yer yoxdur. Biz hamımız onun yazılarına qarşı üsyan etməliyik. Eynulla Fətullayev Azərbaycan xalqına qarşı soyuq müharibə elan edib, biz də buna üsyanla cavab verməliyik. Mən ona ən ağır cəza verilməsini istəyirəm”. Tədbir iştirakçıları çıxışlarında Eynulla Fətullayevi Xocalı sakinlərinin ittihamlarına çıxıb cavab verməyə çağırıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR