Bank Of Baku

Gəncə və ətraf rayonlarda 3 bal gücündə zəlzələ baş verib

Gəncə və ətraf rayonlarda 3 bal gücündə zəlzələ baş verib
# 10 aprel 2007 13:27 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Arif Həsənovun APA-ya verdiyi məlumata görə, zəlzələnin episentri Gəncə şəhərindən 14 kilometr şimal-qərbə düşüb. Zəlzələnin episentrində yeraltı təkanların gücü 12 ballıq şkala üzrə 3 bal olub. Təkan Gəncə və Şəmkirdə 2,5, Gədəbəy və Daşkəsən rayonlarında 2 bal gücündə hiss olunub. Arif Həsənov təkanların yerin altında baş verən geotektonik proseslərlə bağlı olduğunu vurğulayıb. APA-nın Qərb bürosunun məlumatına görə, yeraltı təkanlar zamanı dağıntı və tələfat qeydə alınmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR