Bank Of Baku

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində əsgər əsgəri güllələyib

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində əsgər əsgəri güllələyib
# 10 aprel 2007 15:04 (UTC +04:00)
Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Nəticədə güllə yarası alan əsgər Sənan Mübariz oğlu Əzimov Əhmədbəyli kəndindəki hərbi hospitala yerləşdirilib. S. Əzimov 2006-cı ilin yanvarında Qəbələ rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Yoldaşını güllələyən əsgər artıq həbs olunub və barəsində cinayət iş başlanıb. Şamaxı rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış əsgərin adı açıqlanmır. Müdafiə Nazirliyinin mətbuat xidməti məlumatı təsdiqləyib. Lakin mətbuat xidməti də hadisəni törədən əsgərin adını açıqlamayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR