Bank Of Baku

Bakıda həbs olunan iranlı mühacirin sərbəst buraxılması üçün daxili işlər nazirinə müraciət edilib

Bakıda həbs olunan iranlı mühacirin sərbəst buraxılması üçün daxili işlər nazirinə müraciət edilib
# 10 aprel 2007 15:14 (UTC +04:00)
Aprelin 7-də polis tərəfindən saxlanılaraq DİN-in Miqrasiya Xidmətinin miqrantlar üçün nəzərdə tutulan təcridxanasında saxlanılan Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) fəallarından biri Hadi Seyid Cavad Musəvinin sərbəst buraxılması üçün daxili işlər naziri Ramil Usubova müraciət edilib. Saxlanılan mühacirin nümayəndəsi Əlövsət Əliyevin APA-ya verdiyi məlumata görə, H. Musəvinin işi ilə bağlı sabah Apellyasiya Məhkəməsinə müraciət olunacaq. O bildirib ki, Hadi Musəvi 2006-cı ilin yanvarında İrandan Bakıya gəlib və həmin ilin fevralında qaçqın statusu almaq üçün Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinə ərizə ilə müraciət edib: “2006-cı ilin iyulunda onun ərizəsinə rədd cavabı verilib. Hadi Musəvi isə həmin qərardan Yasamal rayon Məhkəməsinə şikayət edib. Martın 2-də Yasamal rayon Məhkəməsində işə baxılıb və iddia təmin olunmayıb. Qərar martın 27-də açıqlanıb. Aprelin 7-də isə o, saxlanılıb. Bu məsələdə Apellyasiya Məhkəməsinə müraciət edilməsi üçün nəzərdə tutulan vaxt nəzərə alınmayıb”. Ə. Əliyev sabah H. Musəvi ilə görüşəcəyini də deyib.
Xatırladaq ki, H. Musəvi 2004-cü ilin iyulunda Bəzz qalasına yürüşdə iştirakına görə həbs olunub. O, azadlığa çıxdıqdan sonra ölkəni tərk edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR