Bank Of Baku

Azərbaycanda erməni sahibkara məxsus müəssisənin istehsalı olan salfetlər satılır

Azərbaycanda erməni sahibkara məxsus müəssisənin istehsalı olan salfetlər satılır
# 11 aprel 2007 09:07 (UTC +04:00)
Şəhər sakinlərinin APA-nın şimal bürosuna təqdim etdiyi salfetlərin üzərində məhsulun istehsalçısı kimi Markaryan A.E. soyadlı erməniyə məxsus özəl müəssisə göstərilir. Şəhər sakini Samirə Baxşıyeva APA-nın şimal bürosuna bildirib ki, Rusiyada salfet istehsalı ilə məşğul olan çoxsaylı müəssisə olduğu halda, məhz erməni sahibkara məxsus müəssisənin istehsal etdiyi salfetlərin Azərbaycana gətirilməsi araşdırılmalıdır: "Biz başa düşürük ki, Azərbaycanla Rusiya arasında ticarət əlaqələri mövcuddur və ilk baxışda istehsalçının kim olmasının bəlkə də fərqi yoxdur. Lakin maraqlı burasıdır ki, "VioleT" salfetlərini ölkəmizə hansı iş adamı gətirir və erməninin müəssisəsinə kim xeyir verir?"
APA-nın şimal bürosu Xaçmaz şəhərindəki bəzi mağazalarda, doğrudan da, "VioleT"-lərin satıldığının şahidi olub. Agentliyin yerli bürosunun araşdırmaları zamanı məlum olub ki, Krasnodarda fəaliyyət göstərən özəl müəssisə Artur Eduardoviç Markaryana məxsusdur və burada yalnız salfet istehsal edilir. Müəssisənin mərkəzi ofisi isə Rusiyanın Novorossiysk şəhərində yerləşir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR