Bank Of Baku

Qaradağda iki iranlı sürücünün idarə etdiyi avtomobil toqquşub

Qaradağda iki iranlı sürücünün idarə etdiyi avtomobil toqquşub
# 11 aprel 2007 10:41 (UTC +04:00)
Aprelin 11-də gecə saat 1 radələrində Bakı-Astara yolunun 26-cı kilometrliyində paytaxtdan Sahil qəsəbəsi istiqamətində İran vətəndaşı, 28 yaşlı Fərzayi Mehdinin idarə etdiyi ağır tonnajlı yük maşını yolda dayanan digər İran vətəndaşı, 53 yaşlı Davud Zakaratinin avtomaşınına çırpılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə Davud Zakarati avtomaşının təkərinin altında qalaraq dünyasını dəyişib. Hadisə nəticəsində yaralanan sürücü Fərzayi Mehdi Klinik Tibbi Mərkəzə çatdırılıb, vəziyyəti ağırdır. Qaradağ Rayon Polis İdarəsinin istintaq şöbəsində hadisənin hansı sürücünün günahı ucbatından baş verməsinin səbəbləri araşdırılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR