Bank Of Baku

Aprelin 7-də polis tərəfindən saxlanılan iranlı mühacir Hadi Musəvinin Azərbaycandan deportasiya ediləcəyi gözlənilir

Aprelin 7-də polis tərəfindən saxlanılan iranlı mühacir Hadi Musəvinin Azərbaycandan deportasiya ediləcəyi gözlənilir
# 11 aprel 2007 14:20 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında mühacirin nümayəndəsi Əlövsət Əliyev deyib. O bildirib ki, H. Musəvinin Apellyasiya Məhkəməsinə müraciət etməsinə imkan yaradılmır və onun şikayət imkanları məhdudlaşdırılır. Ə. Əliyev bu gün dəfələrlə H. Musəvi ilə görüşməyə cəhd etdiyini də söyləyib: “Bu gün Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətinin rəisi Şövqü Hacıyevlə görüşmək cəhdlərim nəticəsiz qaldı. Hadi Musəvinin apellyasiya şikayətinə imza atmasına da icazə verilmədi. O, İrana təhvil verilərsə, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gələ bilər. Çünki siyasi mühacir kimi ölkəni tərk edən şəxsi yenidən həmin dövlətə deportasiya etmək Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara ziddir. Nəzərə alınmalıdır ki, İranda Hadi Musəvini bu ölkənin əleyhinə etdiyi çıxışlara görə ağır cəza gözləyir”.
Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə H. Musəvinin Azərbaycandan deportasiya olunmasını labüd hesab etdiyini deyib. O, məsələ ilə bağlı ətraflı məlumat almaq üçün DİN-nin Miqrasiya Xidməti ilə əlaqə saxlamağı məqsədəuyğun hesab edib. Miqrasiya Xidmətinin növbətçi hissəsindən isə bildirilib ki, H. Musəvinin sabah saat 04.00-da Tehrana deportasiya olunması ilə bağlı məlumat həqiqətə uyğun deyil.
Xatırladaq ki, 1981-ci ildə İranın Kəleybər şəhərində doğulan H. Musəvi 2004-cü ilin iyulunda Bəzz qalasına yürüşdə iştirakına görə həbs olunub və azadlığa çıxdıqdan sonra ölkəni tərk edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR