Bank Of Baku

Erməni əsirliyində olmuş Vüsal Qaracayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası aprelin 19-da keçiriləcək

Erməni əsirliyində olmuş Vüsal Qaracayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası aprelin 19-da keçiriləcək
# 12 aprel 2007 11:45 (UTC +04:00)
Aprelin 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Camal Ramazanovun sədrliyi ilə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri Vüsal Məmməd oğlu Qaracayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək. Məhkəmədən APA-ya verilən məlumata görə, Vüsal Qaracayevə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 334.3-cü (fərarilik) və 338.1-ci (döyüş növbəsi çəkmə qaydalarını pozma) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, 2005-ci ildə Balakən rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış 1985-ci il təvəllüdlü V. Qaracayev 2006-cı il dekabrın əvvəllərində xidmət etdiyi hərbi hissənin ərazisində döyüş növbəsi çəkərkən ermənilərə əsir düşüb. O, dekabrın 31-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə əsirlikdən qaytarılıb. Əsirlikdən qaytarıldıqdan sonra hüquq-mühafizə orqanları onun barəsində araşdırma aparıb və V. Qaracayev il yanvarın 27-də həbs edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR