Bank Of Baku

İçəri Şəhərin hazırkı vəziyyəti ilə bağlı mətbuat konfransı keçirilib

İçəri Şəhərin hazırkı vəziyyəti ilə bağlı mətbuat konfransı keçirilib
# 12 aprel 2007 12:37 (UTC +04:00)
Tarix Mədəni və Təbii İrsi Qoruma İctimai Komitəsi İçəri Şəhər qoruğunda, Neftçilər prospekti 77 və 79 ünvanda yerləşən qədim binaların sökülməsi ilə bağlı prezident İlham Əliyevə müraciət edəcək. APA-nın xəbərinə görə, bu barədə bu gün keçirdiyi mətbuat konfransında komitənin sədri, hüquq müdafiəçisi Aytəkin İmranova bildirib. Müraciətdə İçər Şəhərin dağıdılması və hazırda burada yerləşən bir çox qədim binaların təhlükədə olması faktları göstəriləcək. A. İmranova dağılma prosesini dayandırmaq, məhv edilən bina və məhəllələrin bərpasına göstəriş verilməsini xahiş edəcəklər. Tədbirdə İçəri Şəhərin, digər tarixi abidələrin dağılması səbəbləri və əsasları haqqında məlumat almaq üçün Bakı Şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Səbayel Rayon İcra Hakimiyyətinə göndərilən sorğulara 3 aydır ki, cavab verilmədiyi də qeyd olunub. A. İmranovanın sözlərinə görə, məsələ ilə bağlı Səbayel Rayon Məhkəməsinə təqdim olunan iddia ərizəsinə də baxılmayıb.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-nın sualına cavab olaraq bildirilib ki, nazirlik İçəri Şəhərdə sökülmə və tikinti işlərinin aparılmasına icazə verməyib və qeyd olunan məsələ ilə bağlı onlara hər hansı sorğu daxil olmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR