Bank Of Baku

Füzulidə silah və mərmi tapılıb

Füzulidə silah və mərmi tapılıb
# 12 aprel 2007 13:31 (UTC +04:00)
Bu gün Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Füzuli rayonunda mina təhlükəsinə dair maarifləndirmə işləri aparılarkən rayonun Qazaxlar kəndində döyüş vəziyyətinə hazır 1 ədəd minaatan silah tapılıb. ANAMA-nın mərkəzi ofisindən APA-ya verilən məlumata görə, silahı kənd sakini, 1992-ci il təvəllüdlü, IX sinif şagirdi Ülvi Səfərov tapıb və bu barədə agentliyin Füzulidə yerləşən regional bazasına məlumat verib. Mirzənağılar kəndində tapılmış 100 mm-lik top mərmisi barədə məlumat isə həmin kəndin müəllimi Xəlil Vəliyev tərəfindən verilib. Sursat əvvəllər ermənilər tərəfindən yandırılmış evin pəncərəsində aşkar edilərək zərərsizləşdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR