Bank Of Baku

Sumqayıtda Ticarət Mərkəzində yanğın baş verib, xəsarət alanlar var

Sumqayıtda Ticarət Mərkəzində yanğın baş verib, xəsarət alanlar var
# 13 aprel 2007 10:06 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə 2-ci mərtəbədə olan yanar konstruksiyalar və sənaye malları yanıb. Yanğın ümumi sahəsi 2000 kv/m olan anbarın 400 kv/m sahəsini əhatə edib. Yanğının böyüməsinin qarşısı yanğınsöndürənlər tərəfindən alınıb. Hadisə zamanı iki yanğınsöndürən xəsarət alıb. 38 yaşlı Habil Əsədov toksiki qazdan zəhərlənib, 28 yaşlı Dair Nurmətov isə ticarət mərkəzinin pəncərələrini sındıran zaman sol əlini şüşə kəsib. Hadisə yerində növbə çəkən təcili tibbi yardım stansiyasının həkimlərinin ilkin yardımından sonra yanğınsöndürənlər evə buraxılıb. Yanğın zamanı dəyən maddi ziyanın miqdarı hələlik müəyyən edilməyib. Hadisənin elektrik naqillərində qısa qapanma və ya ifrat yüklənmə nəticəsində baş verdiyi ehtimal olunur, araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə Əlaqə İdarəsinin Mətbuat Xidməti Şöbəsindən APA-ya verilən məlumatda isə bildirilir ki, 00:38-də başlayan yanğın saat 01:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğından binanın qalan hissəsi və qonşu tikililər mühafizə olunub. Yanğının söndürülməsi zamanı yanğınsöndürən, daxili xidmət çavuşu, 1969-cu il təvəllüdlü Əsədov Habil Qabil oğlu və yanğınsöndürən, daxili xidmət çavuşu, 1970-ci il təvəllüdlü Nurmətov Dair Şair oğlu yüngül xəsarət aldıqları üçün onlara tibbi yardım göstərilib. İlk tibbi yardım göstərildikdən sonra yanğınsöndürənlər yenidən iş başına qayıdıblar. Hadisə nəticəsində dəyən ziyan müəyyənləşdirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR