Bank Of Baku

İran vətəndaşı idarə etdiyi avtomobillə 13 yaşlı Lənkəran sakinini vurub

İran vətəndaşı idarə etdiyi avtomobillə 13 yaşlı Lənkəran sakinini vurub
# 13 aprel 2007 12:15 (UTC +04:00)
Ələt-Astara magistral şose yolunun 283 kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, İran İslam Respublikasının vətəndaşı, 1970-ci il təvəllüdlü Mühəmmədi Behror Memarian idarə etdiyi ağır tonnajlı yük maşını ilə Lənkəran şəhər sakini, 13 yaşlı Murad Rafiq oğlu Kazımova vurub. Nəticədə M. Kazımov aşağı ətraflarının böyük həcmdə parçalanmış yaraları və
bud sümüyünün açıq sınığı diaqnozu ilə Lənkəran Mərkəzi rayon Xəstəxanasının (MRX) travmatologiya şöbəsinə yerləşdirilib. MRX-dən APA-nın cənub bürosuna bildirilib ki, xəsarət almış yeniyetmənin vəziyyəti ağır olduğundan onu Bakıya aparıblar.
Faktla bağlı Lənkəran şəhər Polis Şöbəsində cinayət işi başlanıb, təhqiqat aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR