Bank Of Baku

Qucağında uşaq olan qadını maşın vurub

Qucağında uşaq olan qadını maşın vurub
# 13 aprel 2007 12:46 (UTC +04:00)
Bu gün Bakının Əzizbəyov dairəsi yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər Yol Polisi İdarəsinin təhlükəsizliyin təmini və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, “VAZ-2107” markalı 10 RZ 351 dövlət nömrə nişanlı avtomobil yoldan keçən və qucağında uşaq olan qadını vurub. Nəticədə qadın hadisə yerində ölüb, uşaq isə yüngül xəsarətlə xəstəxanaya yerləşdirilib. Hələlik qadın və uşağın şəxsiyyəti müəyyən edilməyib. Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR