Bank Of Baku

Dağlıq Qarabağda zəlzələ baş verib

Dağlıq Qarabağda zəlzələ baş verib
# 13 aprel 2007 13:01 (UTC +04:00)
Bakı vaxtı ilə 11:12 radələrində Azərbaycanın Ağdam şəhərinin 25 km şərqində 4-5 bal gücündə zəlzələ olub. APA-nın məlumatına görə, bu barədə Ermənistan Milli Seysmoloji Təhlükəsizlik Mərkəzi xəbər yayıb. Məlumata görə, yeraltı təkanlar Xankəndi və Ağdərədə 3 bal, Xocavənddə isə 4 bal gücündə hiss olunub. Azərbaycan Milli Elmlər Akademiyasının Seysmoloji Xidmət Mərkəzinin baş direktor müavini Qurban Yetirmişli isə APA-ya açıqlamasında Ermənistan Seysmoloji xidmətinin məlumatların doğru olmadığını deyib. Q. Yetirmişli təkanların Bərdə şəhərindən 45 km uzaqda baş verdiyini və təxminən 2 baldan aşağı olduğunu qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR