Bank Of Baku

Türkiyədə qadın alveri ilə məşğul olan beynəlxalq şəbəkə ifşa edilib

Türkiyədə qadın alveri ilə məşğul olan beynəlxalq şəbəkə ifşa edilib
# 13 aprel 2007 14:41 (UTC +04:00)
Türkiyənin Qaziantep və Trabzon şəhərlərində polisin keçirdiyi əməliyyatlar nəticəsində insan alveri ilə məşğul olan beynəlxalq şəbəkə ifşa edilib. APA-nın Türkiyə bürosunun xəbərinə görə, 6 ay davam edən izləmə prosesindən sonra bu gün hər iki şəhərdə eyni anda əməliyyat keçirilib. 150 polis əməkdaşının qatıldığı əməliyyatlarda 28 yüngül əxlaqlı qadın və 7 Türkiyə vətəndaşı yaxalanıb. Polisin ələ keçirdiyi müştəri siyahısında bir sıra tanınmış futbolçular və iş adamlarını adlarının olduğu bildirilir. Məlum olub ki, cinayət şəbəkəsi Ukrayna, Moldova, Azərbaycan və Gürcüstandan gətirilən yüngül əxlaqlı qadınları Trabzonda qarşılayaraq onları bu şəhərdəki, eləcə də Antalya və Qaziantepdəki müştərilərin yanına göndərirmiş. Əldə edilən gəlir xaricdəki bank hesablarına köçürülürmüş. Yaxalananlar arasında bu işi həyata keçirən bank işçisi də var. Polis şəbəkəyə məxsus bank hesablarına, 6 avtomobilə və 1 evə həbs qoyub. İstintaq davam edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR