Bank Of Baku

Samuxda mikroavtobus yanıb

Samuxda mikroavtobus yanıb
# 13 aprel 2007 16:46 (UTC +04:00)
Dünən saat 12.40 radələrində Samux rayonu Nəbiağalı kəndində “QAZEL” markalı mikroavtobus yanıb. Samux rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə maşının sürücüsü, kənd sakini, 1979-cu il təvəllüdlü Aqil Əhməd oğlu Süleymanov öz həyətində “22 DE 300” dövlət nömrə nişanlı mikroavtobusu qaynaqla təmir edən zaman baş verib. Qaynaq zamanı baş verən partlayış nəticəsində mikroavtobusun salonu tamamilə yanıb. A. Süleymanov hər iki əlinin 1-ci və 2-ci dərəcəli yanığı ilə xəstəxanaya yerləşdirilib, onun vəziyyəti orta-ağırdır. Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR