Bank Of Baku

Bakı Metropoliteninin yeni stansiyanın tikintisi ilə əlaqədar Binəqədi rayonunda köçürülmələr başlayıb

Bakı Metropoliteninin yeni stansiyanın tikintisi ilə əlaqədar Binəqədi rayonunda köçürülmələr başlayıb
# 16 aprel 2007 09:01 (UTC +04:00)
APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, dövlət orqanlarının nümayəndələri bu ərazidə metronun yeni stansiyasının tikintisi ilə əlaqədar ərazidə məskunlaşmış məcburi köçkünlərə xəbərdarlıq edərək, onları siyahıya alıblar. Polislərin əraziyə gəldiyini görən köçkünlərlə polis arasında qarşıdurma olub. Nəticədə məcburi köçkünlər Rövşən Babayev və Bəhruz Məmmədov saxlanılaraq, polis bölməsinə aparılıblar. İki saatdan sonra saxlanılanlar sərbəst buraxılıblar.
Ərazidə məskunlaşmış Muxtar Əliyev APA-ya bildirib ki, onlar 14 ilə yaxındır burada yaşayırlar. Dövlət orqanlarının nümayəndələri onlara bildiriblər ki, siyahıyaalma başa çatdıqdan sonra bir ay ərzində başqa əraziyə köçürüləcəklər: “Ailə üzvlərinin sayına uyğun olaraq Rəsulzadə qəsəbəsi ərazisində - “Baksol” adlanan ərazidə torpaq sahəsi ilə təmin olunacağımızı vəd etdilər”.
Binəqədi Rayon İcra Hakimiyyətinin qaçqın və məcburi köçkünlərin işi üzrə şöbəsinin müdiri Əziz Məmmədov isə APA-ya açıqlamasında qeyd edib ki, ərazidə məskunlaşmış şəxslərin siyahıyaalması iki günə bitəcək, on gün müddətində onların köçürüləcəyi ərazi dəqiqləşəcək, bir ay ərzində isə köçürülmə tam başa çatacaq.
Qeyd edək ki, burda hazırda işğal altında olan 7 rayondan 40 ailənin məskunlaşdığı gecəqondular var. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR