Bank Of Baku

Bərdədə ağır yol qəza hadisəsi baş verib

Bərdədə ağır yol qəza hadisəsi baş verib
# 16 aprel 2007 10:38 (UTC +04:00)
Aprelin 15-də saat 15:30 radələrində Bərdə rayonunun Cəyirli kəndi ərazisində ağır yol qəza hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Kəlbəcər rayon sakini Arif Niftalıyevin idarə etdiyi “VAZ-21011” markalı və Bakı şəhər sakini Bayram Məmmədovun idarə etdiyi “Mersedes-230” markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış A. Niftalıyev və sərnişinləri, həmyerlisi Vəfadar Bəxtiyarov, Gərənə kənd sakini Rafayel Əhmədov, habelə B. Məmmədovun sərnişini, həmyerlisi Mahizər Məmmədova xəstəxanaya yerləşdiriliblər. A. Niftalıyevin vəziyyəti ağır, digərlərinin vəziyyətləri isə qənaətbəxşdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR