Bank Of Baku

Ağcabədidə müxalifətçilərin həbs olunduğu bildirilir, polis isə bunu təsdiqləmir

Ağcabədidə müxalifətçilərin həbs olunduğu bildirilir, polis isə bunu təsdiqləmir
# 16 aprel 2007 11:35 (UTC +04:00)
Bu gün saat 12.00 radələrində Ağcabədi rayon Polis Şöbəsinin bir qrup əməkdaşı Azərbaycan Yolu Siyasi Hərəkatının (AYSH) rayon mərkəzində yerləşən qərargahını mühasirəyə alıb, hərəkatın Qarabağ bölgəsi üzrə koordinatoru Tofiq Cəfərovu və Müsavat Partiyası rayon təşkilatının sədri Rəşid Nəcəflini həbs edib. Bu barədə APA-ya hərəkatın mətbuat xidmətindən məlumat verilib. Hazırda hərəkatın yerli qərargahının polis nəzarətində olduğu və saxlanılanların sərbəst buraxılmadığı bildirilir. Polisin addımlarına səbəb kimi iqtisadi və sosial problemlərə etiraz olaraq aprelin 17, 18 və 19-na təyin olunmuş mitinqlər göstərilir. Mitinqlərlə bağlı AYSH-nın Qarabağ bölgəsi üzrə Regional Mərkəzi rayon İcra Hakimiyyətinə müraciət etsə də, onlara heç bir rəsmi cavab verilməyib.
Ağcabədi rayon Polis Şöbəsinin rəis müavini Şakir Vəliyev isə APA-ya açıqlamasında yayılan məlumatın həqiqətə uyğun olmadığını deyib: “Müxalifətçilərin sabaha təyin etdiyi aksiya ilə bağlı bu gün polis tərəfindən hər hansı tədbir görülməyib. Əgər qanunsuz hərəkətlər olarsa, o zaman tədbir görülə bilər”. Ş. Vəliyev T. Cəfərov və R. Nəcəflinin Polis Şöbəsinə aparılması xəbərini də təkzib edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR